Baş nazir Artur Rasizadə "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib. Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən Lent.Az-a verilən məlumata görə, qərarda Azərbaycanda dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında dəyişiklik edilməsi göstərilir. Belə ki, yaşayış məntəqələrinin adlarının 1500 metrdən 2000 metrədək sütununun Lerik rayonu bölməsinə Şonaçola kəndindən sonra Loda kəndi əlavə edilib.Bundan başqa baş nazirin qərarı ilə 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısının Tovuz rayonu bölməsinə Almalıtala kəndi sətrindən sonra Qəribli, Dəlləkli və Öskəm kəndi əlavə edilib.
Mənbə: Milli.Az