Qadin.NET / Dolu Gürcüstanın rayonunu viran qoydu

Dolu Gürcüstanın rayonunu viran qoydu

 

Güclü yağışla müşayiət olunan dolu üzüm plantasiyalarını, əkin sahələrini məhv edib Gürcüstanın Ambrolauri rayonuna yağmış güclü dolu əksər kəndlərdə fəsadlar törədib.Anspress-in məlumatına görə, Gürcüstanın Raca-Leçxumi bölgəsinin Ambrolauri rayonuna güclü dolu yağıb.Rayonun yaşlı sakinləri bu cür dolunu xatırlamadıqlarını bildiriblər. Güclü yağışla müşayiət olunan dolu rayonun əksər kəndlərində fəsadlar törədib, üzüm plantasiyalarını, əkin sahələrini məhv edib.Gürcüstan Baş nazirinin göstərişi ilə zərərin miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.Dolunun Borjomi rayonunda da fəsadlar törətdiyi qeyd olunub.
Mənbə: Miili.Az

 

8 iyun 2014
GO BACK