İtkin Malayziya təyyarəsinin sirrini tapana 5 milyon dollar mükafat veriləcək.ANS PRESS-in məlumatına görə, Malayziya Hava yollarının MH-370 reysi ilə Kuala Lumpurdan Pekinə uçan təyyarəsindən 3 aydır ki, xəbər yoxdur. Havaya qalxdıqdan bir müddət sonra qeybə çəkilən təyyarə aylardır axtarılır. 239 sərnişinin olduğu təyyarənin nə dağıntısına, nə də digər bir izə rast gəlinməyib. Yaxınlarının aqibətini bilmək istəyən ailələr isə bir kampaniya başladıblar. Təyyarənin sirrini tapan şəxsə 5 milyon dollar mükafat veriləcəyi açıqlanıb. Ailələr bu yolla qəribə hadisənin səbəbini öyrənməyə çalışırlar. Xatırladaq ki, mart ayının 8-də Malayziya Hava yollarının təyyarəsi MH-370 reysi ilə Kuala Lumpurdan Pekinə uçub. Təyyarə havada olarkən yoxa çıxıb. Axtarışları indiyədək davam edən təyyarəni, hələ ki, tapmaq mümkün olmayıb.
Mənbə: Milli.Az