Qadin.NET / Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər

Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər

Türkiyədə erməni immiqrantlara vətəndaşlıq verilməsi məsələsi müzakirə edilib.Milli.Az ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə müzakirələr Türk Dünyası Müdriklər Forumunun növbəti iclasında baş tutub. Türkiyənin eyni adlı qəzetinin iddialarına görə, iclasda Ermənistandan gəlmiş şəxslərin Türkiyədə qeyri-leqal yaşaması barədə məsələ ilə bağlı fikir mübadiləsi aparılıb. İclasın yekununda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təqdim edilməsi üçün bir sıra təkliflər müəyyən olunub. Təkliflər paketində Türkiyədə qeyri-leqal yaşayan və çalışan ermənilərə vətəndaşlıq verilməsi təklif olunur. Bundan başqa iclas çərçivəsində Ərdoğanın Ermənistana 1915-ci ildəki hadisələrlə bağlı başsağlığı verməsi sammit iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.Qeyd edək ki, hazırda Türkiyədə qeyri-leqal 30 min Ermənistan vətəndaşı yaşayır.

Mənbə: Milli.Az

8 iyun 2014
GO BACK