Qadin.NET / Twitter musiqiyə keçir

Twitter musiqiyə keçir

 

Dünyada ən məşhur sosial şəbəkələrdən biri olan Twitter musiqili servis almaq imkanını nəzərdən keçirir.Milli.Az ICTnews-a istinadən bildirir ki, Twitter variant olaraq SoundCloud, Spotify və Pandora kimi iri musiqi servislərini almaq məsələsini nəzərdən keçirir. Twitterin direktoru artıq Soundcloud-la danışıqlar aparır.Musiqi servisinin alınması Twitter-ə yeni istifadəçiləri cəlb etməyə və mövcud olanları saxlamağa imkan verəcək.Son samanlar servisin auditoriyasının artımı ləngiməyə başlayıb, nəticədə şirkətin səhmlərinin qiyməti, demək olar, iki dəfə azalıb.Razılaşma bir neçə milyard dollar təşkil edə bilər, lakin analitiklər hesab edirlər ki, hazırda Twitterin bu məbləğdə pulu yoxdur. Servis ötən ilin payızında keçirilmiş, İPO-da 2,1 milyard dollar cəlb edib, lakin hələ də gəlirsiz sayılır.Ötən il Twitter özünəməxsus Twitter Music əlavəsini istifadəyə verib, lakin o, istifadəçilər arasında böyük tələbat doğurmadı və 2014-cü ilin martında bağlanıb. Mayın sonunda məlum oldu ki, Apple şirkəti musiqili servis və qulaqcıq istehsalçısı Beatsi üç milyard dollara alıb. Razılaşma şirkətin tarixində ən iri işbirliyi kimi qeydə alınıb.
Mənbə: Milli.Az

 

8 iyun 2014
GO BACK