Qadin.NET / Dünyanın ən sürətli və bahalı polis maşınları

Dünyanın ən sürətli və bahalı polis maşınları

 

Dubay polis idarəsi özünün qeyri-adi avtoparkını nümayiş etdirməyə razı olub. Burada xeyli sayda çox sürətli və bahalı maşınlar yer alıb. Onlardan bəzilərini buradakı videoda görmək mümkündür.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Dubayın mühafizəsində dünyada ən sürətli polis avtomobili – Bugatti Veyron xidmət göstərir. Bu superkarın polis üçün istifadə edilməsi təəccüblüdür, amma qayd edək ki, avtoparkda McLaren MP4-12C, Aston Martin One-77, Lamborghini Aventador, Audi R8, Ferrari FF, Mercedes-Benz SLS, Bentley Continental, Nissan GT-R və eyni zamanda Roush mütəxəssislərinin əlindən çıxmış nisbətən sadə Ford Mustang yer alıb.Bu siyahıya BMW M6 Gran Coupe, Brabus B63S - 700 Widestar, Chevrolet Camaro, Mercedes-Benz SL 63 AMG və sadə Renault Twizy avtomobilləri də daxildir. Amma qeyd edək ki, polis bu avtomobillərdən cinayətkarların ələ keçirilməsi üçün istifadə etmir. Onların əsas rolu ictimai tədbirlərdə iştirak etmək və Dubayın dəbdəbəli rayonlarında patrul xidməti göstərməkdir.
Mənbə: Milli.Az

 

8 iyun 2014
GO BACK