Qadin.NET / Google 3D planşet göstərdi

Google 3D planşet göstərdi

 

Cari ilin fevralında Google şirkəti Tango layihəsi çərçivəsində yaradılmış smartfonun eksperimental nümunəsini nümayiş etdirib. Hazırda internet nəhəngi Tango xəttini genişləndirir və planşetini təqdim edir. Hər iki məhsul proqramçılar üçün nəzərdə tutulub. Belə ki, Tango planşetinin qiyməti 1024 dollar təşkil edir, həm də planşet çox məhdud sayda buraxılıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, planşetin özəlliyi ondan ibarətdir ki, üçölçülü məkanda işləyir.7 düymlük ekranın təsvir ölçüsü 1920 x 1080 piksel təşkil edir. Yeni Tegra K1 platformasından istifadə edilib. Əməli yaddaşın tutumu 4 QB, fləş-yaddaşın həcmi isə 128 QB təşkil edir. Planşetdə 4 meqapiksellik kamera, infraqırmızı ötürücü, infraqırmızı proyektor, həmçinin USB 3.0 və Micro HDMI portları, Bluetooth LE adapteri, həmçinin LTE dəstəyi ilə təchiz edilib.
Mənbə: Milli.AZ

 

8 iyun 2014
GO BACK