Qadin.NET / Smartfonların bu ziyanını bilmirdiniz

Smartfonların bu ziyanını bilmirdiniz

 

Ağıllı telefon və planşetlərdən istifadə etmək artıq çəkilərin toplanması ilə nəticələnir. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir iddianı Çikaqo Universitetinin alimləri irəli sürüblər. Alimlərin iddialarına görə, bu qurğularda istifadə olunan spesifik mavi rəng insanda aclıq hissi yaradır. İnsanın mavi monitorla 15 dəqiqə əlaqədə olması aclıq hissinin yaranması üçün kifayət edir. Hətta insanın qidalanmasından qısa vaxt keçsə belə, tox olmasına baxmayaraq, aclıq hissi yaranır. Amerikalı alimlər mavi rəng ilə insanın aclıq hissi arasında əlaqəni aşkarlayıblar. Bu hadisənin səbəbləri bilinməsə də, təcrübələr fakt olduğunu göstərib. 
Mənbə: Milli.Az

 

8 iyun 2014
GO BACK