“Svinq edən 60-cılar” nəsli bəşəriyyətə bir çox şey bəxş etdilər. "Bitlz" qrupundan tutmuş Aya qədəm basan ilk insana qədər. Mini-yubka da bu epoxanın nailiyyətlərindən biridir.Milli.Az kulis.az-a istinadən bildirir ki, yubkanı qısaltmaq Londonda ilk dəfə kimin ağlına gəlmişdi? Cavab vermək çox çətindir. Bu ilkə sahib çıxanlar arasında Meri Kuant da var, Andre Kurrej də və Jean Varon ticarət markasının banisi Con Beyts də. Amma məhz dizayner Kuant 60-cı illər şəhər modasının hərəkətverici qüvvəsi idi.“Mini yubka 60-cı illərdə formalaşan gənc nəsil mədəniyyətinin fenomeni, mədəniyyətin ifadə forması idi. Seksual inqilab, üstəlik, hamiləliyə qarşı dərmanlar da bu nəslin ifadə forması idi. Bax bu müəyyən mənada tarixi an idi”, - Nyu-York Moda Texnoloji İnstitutunun direktoru Valeri Stil belə deyir.Düzdür, gənclər mədəniyyətinin bəzi elementləri hələ 1920-ci illərdə də mövcud idi. Bununla belə, 20-ci illər nəsli öz sələflərinə nisbətən seksual cəhətdən daha azad olsalar da hamilə qalmaq təhlükəsi hələ qalırdı.Kinq-roud adlı kult butikin sahibi dizayner-modelyer Meri Kuant 1966-cı ildə miniyubkaya maraq göstərməyə başlasa da o hələ məktəb vaxtlarından yubka üzərində eksperimentlər edir, hər dəfə məktəb formasını bir qədər qısaltmağa çalışırdı.Kuantın ilham mənbəyi balet dərsləri aldığı bir studiyadakı rəqqas qız olmuşdu. Kuant hadisəni belə nəql edir: “Dərslərin birində qonşu otaqda gözəl bir musiqi eşitdim. Qapıdan boylandım. Orda step dərsi keçən bir qız gördüm. Məndən bir neçə yaş böyük olardı. O, eynən mən istədiyim görkəmdə idi. Onun əynində təqribən 25 sm uzunluğunda qırçınlı yubka, dar qara sviter, qara uzun corablar vardı. Saç düzümü isə bob stilində idi.”Kuant mini-yubkanı sevimli avtomobilinin şərəfinə “Mini Cooper” adlandırmışdı: “Mini avtomobil mini-yubkayla tamamilə uyğun gəlirdi. Kuantın şux mini-yubkaları gənc qızların masqaraçı və sadə dünyagörüşlərinin əsas mahiyyətini ehtiva edirdi. O, həm də müharibə sonrası, 50-ci illərin nəslinin zövqlərinə qarşı qaldırılmış qiyamın simvolu idi.Mary Janes-dən olan yastı dabanlı, uzun çəkmələrlə parlaq rəngli corablarla geyilən heyrətamiz qısa ətəyli mini-yubkalar konservativ dəyərləri yerindən sirkələdi.“Orta yaşlı abırlı kişilər pəncərədən əyilərək qışqırırdılar: “Bu ədəbsizlikdir. Bu iyrəncdir”. Həqiqətən də elədir!”- Vogue jurnalının baş redaktoru Aleksandr Şulmana müsahibəsində Kuant belə deyir. Mini-yubkanın əleyhdarları arasında Koko Şanel də vardı. O, mini-yubka haqqında demişdi: “Sadəcə iyrəncdir. ”Valeri Stil bəyan edir ki, 1930-cü illərdən başlayaraq təqribən 1950-ci illərə qədər dünya konservativləşirdi və 1960-cı illərin gənc nəsli bu tendensiyanı dağıtdı. Kuantın fikrincə, mini-yubkanı küçədəki qızlar kəşf ediblər. Onun müştəriləri tələb edirdilər ki, modelyerin işləri daha da qısa olsun.Sonrakı illərdə hippi nəslinin öz geyim formaları ilə ortaya çıxmasına baxmayaraq mini-yubka o dövrdə və sonrakı illərdə də öz populyarlığını qoruya bildi.Mini yubkanın gəncliyin simvolu olmasına baxmayaraq yaşlı qadınlar da mini-yubka geyinməkdən vaz keçə bilmirlər.Böyük Britaniyanın məşhur mağazalar şəbəkəsi Debenhamsın bu yaxınlarda keçirdiyi araşdırmalara görə, 40 yaşına qədər olan qadınlar ürəklə mini-yubka alırlar. Halbuki 1980-ci illərdə bu rəqəm 33 yaşın altında idi. Debenhams öz araşdırmalarını belə yekunlaşdırır: “Bu gedişlə gələcək illərdə qadınlar 50, 60 yaşlarının olmasına baxmayaraq mini-yubka onların qarderoblarının ayrılmaz ünsürü olaraq qalacaq.”Amma bu demokratik nəzər nöqtəsi çox da uzaqgörən görünmür. Mini-yubka rəsmi şəkildə bir çox Afrika ölkələrində, o cümlədən dünyanın başqa regionlarında da qadağan olunur.“Guardian” qəzetinin məlumatına görə, hələ 2010-cu ildə İtaliyada yerləşən kurort şəhəri Kastellamare du Stabiyanın meri polisə olduqca qısa mini-yubka geyinənləri cərimə eləməyi tapşırmışdı. Bu ilin fevral ayında Uqandanın paytaxtında 200 qadın küçəyə çıxaraq “Antipornoqrafik qanun”a qarşı aksiya keçirmişdi. Yerli mətbuat bu qanunu “mini-yubka haqqında qanun” adlandırırdı.Yaradılmasının 50-ci illiyində belə mini-yubkaya bir sıra maneələri aşmaq lazım gəlir. Stilin fikrincə, bütün növ dini fundamentalizmin artması ilə çağdaş dünyada qadın və sekasual azadlığa qarşı qüvvə yaranır. Bu əsasən də seksual azlıqların hüquqlarının qorunmasına aiddir... Bir tərəfdən biz qərb ölkələri sosial mədəni müxtəlifliyə daha tolerant olsaq da beynəlxalq miqyasda hüququn çeynəndiyini görürük. O ölkələrdə öz bədənini gizlətmək istəməyən və konservativ olmayan qadınlara qarşı təzyiqlərin artdığını görürük.
Qərbdə, habelə Şərqin Tokio və Şanxay kimi şəhərlərində mini-yubka heç kəsdə şok yaratmır. Buna baxmayaraq dünyanın bir çox ölkələrində mini-yubka geyinməyə cəsarət etməzdim, - Stil söhbətini bu cür yekunlaşdırıb.
Mənbə: Milli.Az