Qadin.NET / iWatch oktyabrda satılacaq

iWatch oktyabrda satılacaq

 

ABŞ-ın Apple şirkəti sentyabrda iWatch saatını nümayiş etdirəcək. Bu haqda Los Angeles Times qəzeti yazıb.Nəşr yazır ki, qurğu artıq oktyabrdan satışa çıxarılacaq, onun qiyməti 199-299 dollar arasında olacaq.Milli.Az İCTnews-a istinadən bildirir ki, ağıllı saatın köməyilə istifadəçi öz sağlamlığına, yuxusuna nəzarət edə, nəbz və qət edilmiş addımların sayını ölçə biləcək. Qurğu iOS mobil platformasında işləyəcək. Ağıllı saatda bükük OLED-ekrandan istifadə edilib.Bundan əvvəl şirkətin baş vitse-prezidenti Eddi Kyu demişdi ki, 2014-cü ildə Apple şirkəti ən yaxşı məhsullarını buraxmağa hazırlaşır.
Apple noutbuk və Mac masaüstü kompüterləri, OS X əməliyyat sistemi, iOS mobil platforması, iPhone və iPad qurğularını istehsal edən ABŞ şirkətidir.Korporasiyanın kapitallaşdırma dəyəri 542,13 milyard dollar təşkil edi
Mənbə: Milli.Az

 

8 iyun 2014
GO BACK