Qadin.NET / Azərbaycanda ilk dəfə Milli Qolf Turniri keçirilir

Azərbaycanda ilk dəfə Milli Qolf Turniri keçirilir

Qubada keçirilən turnirdə Azərbaycan vətəndaşları, ölkəmizdə əmək fəaliyyəti göstərən əcnəbilər, eyni zamanda xarici ölkələrdən yarışa qatılan qolf həvəskarları da  iştirak edirlər.Milli.Az RTV-yə istinadən bildirir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bu mötəbər turnirin  əsas məqsədi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, ölkəmiz üçün yeni olan bu idman növünü daha geniş kütləyə çatdırmaq və Azərbaycanı yeni qolf ölkəsi kimi dünyaya təqdim etməkdən ibarətdir.Turnirdən öncə Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovturniri açıq elan edərək bütün iştirakçılara uğurlar diləyib.  Federasiya rəhbəri çıxışında bildirib ki, Azərbaycanda keçirilən belə turnirlər qolfun inkişafında mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, gənc nəslin bu idman növünə olan marağını daha da artırmağa xidmət edən turnir eyni zamanda Azərbaycanı dünya qolf aləminə tanıdacaqdır.Turnir 18 dəlikli “Mixed Stroke Play” formatında təşkil olunub. Bir mərhələdən ibarət olan turnirdə müxtəlif “handicap” göstəricisinə malik olan həvəskar qolfçular iştirak edirlər. Turnirə qatılan 50 oyunçudan  6 nəfəri həvəskar xanım qolfçudur. Oyunçuların uğurlu iştirakı üçün təşkilatçılar tərəfindən bütün şərait yaradılıb. Belə ki, iştirakçılara turnirdən iki gün öncə təlim günləri təyin edilən eyni zamanda  turnir iştirakçılarının rahatlığı  üçün xüsusi nəqliyyat vasitələri ayrılb.Turnirdə I, II, III yerləri qazanan oyunçular kubok və müxtəlif mükafatlarla təltif olunacaqlar. Yarışda iştirak edən oyunçuların ödədikləri qeydiyyat haqları isə xeyriyyə məqsədi üçün istifadə olunacaqdır. Belə ki, əldə olunan bu gəlir “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə əlilliyi olan uşaqlar üçün əlil arabalarının alınmasına sərf olunacaqdır.Milli Qolf Turnirinin qalib üçün ayrılan əsas mükafatı BMW X1 avtomobilidir.

Mənbə: Milli.Az

7 iyun 2014
GO BACK