Qadin.NET / Yağışlar təsərrüfata ziyan vurdu

Yağışlar təsərrüfata ziyan vurdu

 

İyun ayı taxıl biçini mövsümüdür. Bu vaxtlar biçin kampaniyasına start verilir. Lakin Şəkidə hava şəraiti biçini ləngidib. Təsərrüfatçılar qeyri-sabit hava şəraitinin məhsuldarlığa xeyli zərər vurduğunu bildirirlər.Milli.Az Kanal Sə istinadən bildirir ki, əlverişsiz təbii şəraitlə əlaqədar olaraq, Şəkinin əksər təsərrüfatlarında məhsuldarlıq aşağıdır. Digər tərəfdən isə son günlər havaların yağmurlu keçməsi və intensiv hal alması biçinin vaxtını ləngidib. Lakin təsərrüfatçılar yağışlardan dərhal sonra biçinə start veriblər. Çünki bu il az məhsuldar olan taxıl dolu və sel sularının altında qalaraq daha yararsız hala düşüb. Təsərrüfatçılar isə növbəti günlərdə yağışlar olacağı halda taxılın daha çox məhv olacağından narahatdırlar. Leysan xarakterli yağışlar Şəkinin Səbətli ərazisinə daha  çox təsir edib. Sel sularının təsirindən sahələrdə iri yarğanlar əmələ gəlib. 500 hektardan çox arpa və buğda sahələrinə ziyan dəyib. Zərər görmüş əkin sahələrinin sahiblərinə heç bir şəkildə ödəniş olunmur. Təbiət hadisələrindən heç kim sığortalanmadığından sığorta şirkətləri də əkin sahələrini sığortalamaqdan yan keçir. Qeyd edək ki, ziyan görmüş sahələrlə yanaşı, bəzi ərazilərdə bütün aqrotexniki qaydalara əməl olunmuş yüksək keyfiyyətli taxıl sahələri də var. Növbəti günlərdə havalar yağmursuz keçərsə, həmin sahələrdən bol məhsul götürmək mümkün olacaq. 
Mənbə: Milli.Az

 

7 iyun 2014
GO BACK