Qadin.NET / Uşaqları döymək və alçatmaq qadağan edildi

Uşaqları döymək və alçatmaq qadağan edildi

 

Uşaqları döymək və alçatmaq qadağan edildi

Braziliya Konqresi valideynlərə və himayədarlara azyaşlıların tərbiyəsində fiziki cəzanı qadağan edən qanun layihəsini bəyənib. ANS PRESS-in məlumatına görə. sənədə əsasən uşaqları fiziki cəzalandırmadan, bədən xəsarətləri yetirmədən tərbiyələndirkəm lazımdır. Qanun layihəsində həmçinin cəza növünün qəddar və alçaldıcı olmaması xüsusilə qeyd edilib. Qanunu pozan valideynlərı və himayədarları qonşular, sinif müəllimləri ifşa etməlidir. Eləcə də uşaqlarla qəddar münasibətin şahidi olanlar xüsusi yaradılmış sosial nəzarət şurasına müraciət edə bilərlər. Uşaqların özlərinə də valideynlərindən şikayət etmək hüququ verilib. Qeyd edək ki, hazırda İngiltərə, Avstriya, Bolqariya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İslandiya, İspaniya, Kipr, Latviya, Moldaviya, Niderland, Norveç, Yeni Zelandiya, Portuqaliya, Polşa, Rumıniya, Ukrayna, Uruqvay, Finlandiya, Xorvatiya, İsveçdə uşaqlara bədən xəsarətləri yetirmək qadağan edilib. 

 

Mənbə: Milli.Az

7 iyun 2014
GO BACK