Bakının Nərimanov rayonu, Qarabağ küçəsi, 17 ünvanında fərdi evlərdə yaşayan 12 ailə təhlükə ilə üzləşib. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, 1902-ci ildə tikilən bina qəzalı vəziyyətdədir.Burada yaşayanlar deyirlər ki, binanın taxta pilləkənləri çürüyüb, eyvan isə artıq uçmaq vəziyyətinə gəlib çatıb. Hətta bir dəfə binanın eyvanı uçub da. Ona görə də sakinlər bir gün evdən çölə çıxa bilməyiblər. Təhlükəsizlikləri naminə mənzillərdə qalmalı olublar.Ancaq aiddiyatı qurumlara müraciət edilsə də, bu işlə maraqlanmayııblar. Ona görə də sakinlər özləri eyvanın alt hissəsinə müvəqqəti olaraq taxta dirək qoymalı olublar. Piləkənlərdən yuxarı qalxmağın nə qədər təhlükəli olduğunu biz də müşahidə etdik. Eyvanda hərəkət etmək, demək olar ki, mümkünsüz idi.Bütün bu problemlərlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin yaşayış sahələri qəzalı binalar siyahısına daxildir. Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə qəzalı vəziyyət aradan qaldırılacaq. O, cümlədən sözügedən binada gələn həftədən yenidənqurma işlərinə başlanacaq. Ona görə də sakinlərə gələn həftəyə qədər də səbr etmək qalır.
Mənbə: Milli.Az