Milli.Az RTV-yə istinadən bildirir ki, Azərbaycan ərazisində əsasən qaban, dovşan, tur, bataqlıq qunduzu və tülkülərin ovlanmasına icazə verilir. Bu canlılar yalnız ov mövsümündə ovlana bilərlər. Çaqqal və yenotun ovlanmasına isə sayının tənzimlənməsi məqsədilə ilboyu məhdudiyyət qoyulmur.Ovçular ov mövsümündə heyvanların ovlanması müddətlərini və normalarını da dəqiq bilməlidirlər. Təkə iyun-oktyabr, sentyabr-dekabr, dovşan dekabr-fevral, bataqlıq qunduzu oktyabr-fevral aylarında ovlana bilər. Azərbaycan ərazisində quş ovuna “quş qripi” xəstəliyi ilə əlaqədar qadağa qoyulub. Bundan başqa ayıları ovlamaq da qadağandır.Birdəfəlik ov icazəsi almaq üçün dövlət rüsumunu ödəmək lazımdır. Bu məbləğ dovşan ovu üçün 2 manat 20 qəpik, təkə üçün 24 manat 75 qəpik, qaban üçün 16 manat 50 qəpik müəyyən edilib.
Mənbə: Milli.Az