Qadin.NET / İstirahət günü Azərbaycanda çimərlik havası olacaq

İstirahət günü Azərbaycanda çimərlik havası olacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.Qeyd edək ki, sabah çimərlik mövsümünə rəsmən start veriləcək.
Mənbə: Milli.Az

 

7 iyun 2014
GO BACK