Miroslav Kloze Almaniya milli komandasının tarixinə düşüb.Milli.Az gol.az-a istinadən xəbər verir ki, Ermənistanla yoxlama oyununda (6:1) komandasının 4-cü qolunu vuran təcrübəli hücumçu milli komandadakı qol sayını 69-a çatdırıb. Bununla da o, indiyədək millidə ən çox qol vuran (68 qol) Gerd Müllerin rekordunu yeniləyib.İndiyə qədər milli komandanın forması ilə 132 oyuna çıxan 35 yaşlı Kloze eyni zamanda Lotar Matteusdan sonra (150 matç) Almaniya milli komandasında ən çox forma geyən ikinci oyunçudur.
Mənbə: Milli.Az