Qadin.NET / Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər

Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər

 

Bakıda avtoxuliqanlıq edən avtobus sürücüsü həbs olunub. Bu barədəTrendə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər.İdarədən deyiblər ki, Bakıda iyunun 6-da avtoxuliqanlıq etdiyinə görə, 10 TF 875 dövlət nömrə nişanlı 81 saylı marşrut avtobusunun sürücüsü həbs olunub. Məhkəmənin qərarı ilə "avtoş" sürücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb.Bakıda “avtoş”luq edən avtobus sürücüsünün videosu yayılıb.Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, videonu jurnalist Fərahim İlqaroğlu özünün “facebook” profilində yerləşdirib və: ""Transgeyt" şirkətinə məxsus 10 TF 875 dövlət nömrə nişanlı 81 saylı nömrəli marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatı ilə beləcə oynadı", - yazıb.
Mənbə: Milli.Az

 

7 iyun 2014
GO BACK