Qadin.NET / Azərbaycanda müəllimlərə xəbərdarlıq

Azərbaycanda müəllimlərə xəbərdarlıq

“Bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçməlidirlər. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan sınaq qiymətləndirilməsi səriştəli təhsilverənin karyera inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi onların karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üçün vacibdir. Üzürlü səbəbdən imtahanda iştirak etməyən müəllimlər üçün müəyyən qısa müddətdə yenidən imtahan təşkil olunacaq. Bütün müəllimlər bu imtahandan keçəcək”.Bunu Modern.Az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tanrıquliyeva deyib.Onun sözlərinə görə, artıq Bakı şəhərindəki bütün məktəblərə buraxılış vərəqələri paylanılıb:“Artıq sınaq qiymətləndirilməsinə cəlb olunmuş Bakı şəhərindəki bütün dövlət ümumtəhsil məktəblərinə buraxılış vərəqələri çatdırılıb. Hazırda məktəb rəhbərləri tərəfindən buraxılış vərəqələrinin müəllimlərə çatdırılma prosesi gedir”.Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 – 13 iyun 2014-cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq.Təhsil naziri Mikayıl Cabbarov məllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə bir müddət öncə müvafiq əmr imzalayıb.Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Müəllimlər 2 saat ərzində 80 sualı cavablandırmalıdırlar. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır.Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün isə həvəsləndirici tədbirlərin tətbiq olunacağı bildirilir.

Mənbə: Milli.Az

7 iyun 2014
GO BACK