Qadin.NET / Futbol rəqsi: ingilislərə qarşı almanlar

Futbol rəqsi: ingilislərə qarşı almanlar

5 gün sonra Braziliyada futbol üzrə dünya çempionatı başlanacaq.Mundialın ilk matçında ev sahibi olan Braziliya yığması Xorvatiya millisi ilə qarşılaşacaq.

İyunun 14-də isə İngiltərə-İtaliya qarşılaşması olacaq.İngiltərəli fanatlar Deniel Starricin bu matçda da öz məşhur rəqsini nümayiş etdirəcəyini gözləyirlər.Bu arada Almaniyada Dövlət Televiziyasının balet truppası mundialla bağlı rəqs hazırlayıb və nümayiş etdirib.Milli.Az The Guardian-a istinadən bildirir ki, Mesut Özil, Per Metezaker və Lukaş Podolskinin heyətində yer aldığı "bundestim" mundialda G qrupunda Portuqaliya, Qana və ABŞ milliləri ilə birlikdədir.
"Liverpul"un forvardı Deniel Starricin rəqsinə gəldikdə isə, "Arsenal"ın hücumçusuAleks Oksleyd-Çemberlen yığmadakı yoldaşının hərəkətlərini təkrarlayıb.
Aleksin "Deniel rəqsi"nin əks olunduğu video İnternetdə sürətlə populyarlaşır.
Mənbə: Milli.Az
7 iyun 2014
GO BACK