Qadin.NET / Bakıdakı zəlzələ ilə bağlı rəsmi məlumat

Bakıdakı zəlzələ ilə bağlı rəsmi məlumat

 

Bakıdakı zəlzələ ilə bağlı rəsmi məlumat

Bu gün səhər saatlarında Azərbaycanda baş verən növbəti zəlzələ barədə Respublika Seysmoloji Xidmət Mərkəzi rəsmi məlumat yayıb.ANS PRESS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yerli vaxtla 11:05-də Xəzər dənizində yeraltı təkan qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5.4 bal, dərinliyi 84 km olub. Zəlzələ hiss olunub.ANS PRESS-in məlumatına görə, zəlzələ Bakı ilə yanaşı, Xırdalan, Sumqayıt şəhərlərində də qeydə alınıb. Qeyd edək ki, bu gün saat 03:18-də də Xəzərdə hiss olunmayan zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.1 bal, dərinliyi 45 km olub.

 

Mənbə: ANS PRESS

7 iyun 2014
GO BACK