Şotlandiya Avropanın ən savadlı ölkəsi sayılıb. Lent.Az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu, Britaniyanın Milli Statistika İdarəsinin yeni göstəricisidir.Mütəxəssislər bildirib ki, şotlandların 45 faizi 25 – 64 yaşında kollec və universitetdə təhsil alır. Bu göstərici ilə Şotlandiya İrlandiyanı, Lüksemburq və Finlandiyanı (Finlandiyada 40 faizdir) qabaqlayıb.Britaniya krallığı bütövlükdə 5-ci yerdədir. Sonrakı yerləri yunan Kipri, Estoniya və İsveç tutur. İlk onluğa Fransa və Almaniya da düşüb.
Mənbə: Lent.Az