Qadin.NET / Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti

Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti

 

Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti

İki beynəlxalq təşkilat Qətərin  “Qatar Airways” hava şirkətindən şikayət edib.Lent.Az-ın “nyusru”-ya istinadən məlumatına görə, “əl-Ərəbiyyə” telekanalı bildirib ki, həmin qurumlar şirkəti qadınlara qarşı ayrı-seçkilikdə ittiham ediblər.Bu iki təşkilat, Nəqliyyat İşçilərinin Beynəlxalq Federasiyası və Beynəlxalq Həmkarlar Konfederasiyası Beynəlxalq Əmək Təşkilatına müraciət edərək, 1970-ci ildə Qətərin imzaladığı beynəlxalq konvensiyanı “Qatar Airways”-in pozduğunu bildirib.Şikayət vurğulanıb ki, bu şirkətdə işləyən qadınlar praktik olaraq, bütün haqlardan məhrum olunublar. Məlumata əsasən, “Qatar Airways”-in rəhbərliyi onların şəxsi həyatına müdaxilə edirlər.Şirkət qadın işçilərdən fəaliyyətə başlayandan sonra 5 il müddətinə ərə getməyi qadağan edir. Ailə  qurmaq istəyənlərin isə müəssisə rəhbərindən özəl icazə almsı tələb olunur.“Qatar Airways” isə ünvanına səslənən bu ittihamları bir müddət öncə təkzib edib.Mənbə xatırladıb ki, 2014-cü ilin fevralında norveçli ombudsman şirkəti Oslodakı təyyarələrinə heyət üzvü seçərkən reklamda cinsi bərabərlik prinsipini pozmaqda suçlayıb. 

 

“Qatar Airways” iş axtaran qadınlardan müsahibəyə qısa ətəkdə gəlmələri tələb olunur.Kişilərdən isə işgüzar geyimdə gəlmələri istənilir. 

Mənbə: Lent.Az

7 iyun 2014
GO BACK