Qadin.NET / Meymun dahisi internetdən istifadə edir, yemək bişirir

Meymun dahisi internetdən istifadə edir, yemək bişirir

O, özünə yemək bişirir, musiqi ifa edir, kompüterdən yararlanır.Onun söz ehtiyatı 3 min kəlmədir və internetdəki çatda ironik, istehzalı şərhlər yazmağı da bacarır.

O, dünyanın ən ağıllı meymunu - şimpanze Kanzidir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 24 yaşlı Kanzi erkək bonobo şimpanzesidir. Karyerası boyu bonobo şimpanzelərini tədqiq etmiş primatoloq Syu Sevec-Rambonun dediyinə görə, Kanzi əsl meymun dahisidir və intellekt baxımından 2-3 yaşlı uşaq səviyyəsindədir.Kanzi "leksiqram" adlanan 400 simvol vasitəsilə Syu və ətrafındakı insanlarla ünsiyyət qura bilir.
Bu "meymun dahisi" ABŞ-dakı Emori Universitetinin nəzdindəki Yerks stansiyasında doğulub, sonra Corciya Universitetinin dillər tədqiqatı mərkəzinə aparılıb.
Hazırda Kanzi, onun anası və bacısı Ayova ştatının De-Moyn şəhərindəki "Great Ape Trust" elmi-tədqiqat mərkəzində yaşayırlar.Kanzi mərkəzdəki bonobo meymunlarının alfa-erkəyi, onun anası isə bu meymunların lideridir.
Mənbə: Milli.Az
7 iyun 2014
GO BACK