Qadin.NET / Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər

Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər

 

Bəzən bütün il boyu saxladığınız pəhriz, yayda gözəl görünmək arzusu birdən-birə məhv olursa, kədərlənməyin. Elə bu gündən etibarən yenidən başlayın. Çünki Milli.Az-ın təqdim etdiyi üsullar yardım edəcək ki, qısa zamanda bədən ölçülərinizi ideal formaya salasınız. 

Orqanizmi təmizləməyə və təhlükəsiz arıqlamağa hazır etmək lazımdır. Bu tövsiyyələrə əməl etsəniz, artıq bir həftədən sonra real nəticələr görməyə başlayacaqsınız. 
TOP 10 məsləhətlər: 
1. Porsiyanı azaldın. İstədiyinizi yeyin, ancaq az həcmdə. İştahanız üzərində hakim olmaq üçün özünüzü aldadın. Yemək yediyiniz boşqabı desert boşqabı ilə əvəzləyin ki, yemək qabda az görünməsin. Belə bir təəssürat var ki, qaba yerləşən qədər yemək lazımdır. 
2. Gün ərzində sonuncu qidanız yüngül olmalı və yuxudan ən azı 3 saat öncə qəbul edilməlidir. 
3. Axşam çalışın, bir stəkan qatıq içəsiniz və alma yeyəsiniz. 
4. Tez-tez yeyin. Nə qədər çox yemək atışdırırsınızsa, bir o qədər az yemək istəyirsiniz. Bir dəfəlik porsiya 100-150 qramdan artıq olmamaqla, 3 saatdan bir olmalıdır. 
5. Daha yüngül qidalara keçin. Rasionunuza tərəvəz şorbası, toyuğun döş əti, tərəvəz, salat, dəniz məhsulları və yağsız süd məhsulları daxil edin. 
6. Yemək vaxtı su içməyin.
7. Yeməkdən sonra ən azı yarım saat maye qəbul etməyin. 
8. Yeməkləri bölüşdürməyi bacarın. Misal üçün, yağlı qida ilə zülallı qidanı eyni vaxtda qəbul etmək orqanizminizə yalnız ziyan vura bilər. 
9. Əgər az yemək istəyirsinizsə, onda yeməkdən öncə bir qədər su için və ya alma yeyin. Belə olanda mədəniz qismən dolacaq və daha az yeyəcəksiniz. 
10. Həftədə bir dəfə özünüz üçün yükdən azad olma günü elan edin. Yalnız alma, qatıq və ya kəsmik yeyin. 
Bu məsləhətlərə əməl etməklə bütün yay fəsli ərzində, hətta sonra da hər kəs sizin fiqura gözəlliyinizə heyran qalacaq

Mənbə: Milli.Az

 

7 iyun 2014
GO BACK