Qadin.NET / Yerə böyük asteroid yaxınlaşır

Yerə böyük asteroid yaxınlaşır

 

Yerə böyük asteroid yaxınlaşır

Antixrist adı verilən asteroid iyunun 8-də Yer yaxınlığından keçəcək Yer kürəsinə böyük asteroid yaxınlaşır.N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov APA-ya bildirib ki, Antixrist adı verilən asteroid iyunun 8-də Yer kürəsinin 1 milyon kilometr yaxınlığından keçəcək.Uzunluğu 325 metr, eni 60 metr olan asteroidin planetimiz üçün heç bir təhlükə yaratmadığını deyən Vaqif Xəlilov bildirib ki, bu göy cismi Ayla Yer arasındakı məsafəsindən 3 dəfə uzaq məsafədən keçəcək.

 

Bu asteroid ilk dəfə bu ilin aprelində NASA alimləri tərəfindən kosmik aparatlar vasitəsilə aşkar edilib və hazırda onun hərəkət trayektoriyası izlənilir. İyunun 8-də bu göy cismi yenidən müşahidə olunacaq və görüntüsü yayımlanacaq. 

Mənbə: Lent.Az

6 iyun 2014
GO BACK