Qadin.NET / Azərbaycanda 100-dən çox dönərxana bağlanıb

Azərbaycanda 100-dən çox dönərxana bağlanıb

 

2006-cı ildə dünyada yayılan "quş qiripi" virusundan sonra Azərbaycanda rəsmi şəkildə toyuq dönərinin satışına qadağa qoyulsa da, satış hələ də davam edir. Xüsusilə yay aylarında toyuq dönərinin infeksiyalaşmağa daha çox meylli olduğunu nəzərə alıb bir neçə dönərxanaya baş çəkdik.Demək olar ki, əksəriyyətində toyuq ətindən hazırlanan dönərlər satılırdı. Mal ətinə rast gəlmədiyimizdən satıcıdan qadağan olunmuş toyuq dönərini niyə satdığını soruşanda isə onlar mal ətinin Hindistandan gətirildiyini və bunun üçün qorxulu olduğunu dedilər. Satıcıların fikrincə, ən yaxşısı yerli toyuq ətidir.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, alıcıların toyuq dönərinə üstünlük verdiyini elə dönərxanaların qarşısındakı mənzərədən açıq-aydın görmək olur. Tez və ucuz başa gələn dönərə üstünlük verənlər özlərinə vurduqları zərərdən xəbərsiz idilər.Toyuq dönərindən dəfələrlə kütləvi zəhərlənmə baş verdiyindən Respublika Gigiyena və Epidemialogiya Mərkəzi tərəfindən bu dönərin satışına qarşı mübarizə tədbirləri aparılır.

Xüsusilə yay aylarında dönər məhsullarını ən təhlükəli qida hesab edən mərkəzin qidalanma şöbəsinin müdiri İmran Abdullayev gizli fəaliyyət göstərən dönərxanalara qarşı monitorinqlər zamanı bir çox nöqsanların aşkarlanığını və həmin müəssisələrin bağlandığını deyib.Təkcə ötən il 100-dən çox belə müəssisə bağlanıb. Cərimələr 100-400 manat arasıdır.Hər halda cərimələr artırıldı, ya artırılmadı, hər kəs öz sağlamlığının qeydinə qalsa, yaxşıdır.

Mənbə: Milli.Az

 

6 iyun 2014
GO BACK