Bir neçə gün öncə Moskvada təşkil olunan boks gecəsində rinqi qələbə ilə tərk edən Ramal Amanov Gəncəyə dönüb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, peşəkar dəri əlcək ustası Gəncə Beynəlxalq Hava Limanında böyük coşğu ilə qarşılanıb. Amanovla sevincini bölüşmək üçün hava limanına yetirməsi olduğu Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının rəhbərliyi, məşqçi və idmançı heyəti, eləcə də yaxınları toplaşıblar. Qeyd edək ki, Amanov Rusiya paytaxtında WBC versiyası üzrə reytinq xarakterli döyüşdə keniyalı Maykl Odhiambo üzərində qələbə qazanıb. Bu, boksçumuzun peşəkar rinqdə dalbadal 5-ci uğuru olub.
Mənbə: Milli.Az