Qadin.NET / Bakının hansı çimərlikləri təhlükəsizdir?

Bakının hansı çimərlikləri təhlükəsizdir?

 

Azərbaycan çimərliklərində suyun tətqiq olunması hələ başa çatmayıb. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Respublika Gigiena və Epidemiologiya Mərkəzinin sanitar-gigiyeba şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, mərkəz Abşeron çimərliklərində, ölkənin cənubu və şimalındakı çimərliklərdən nümunələr götürüb. "Gələn həftə nəticələr bəlli olaraq. Ölkə ictimaiyyəti hansı çimərliyin yararlı, hansının yararsız olduğunu biləcəklər. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Zemfira Vahidova isə qeyd edib ki, mayln 31-dən etibarən Bakının 15 çimərliyində "təcili yardım" briqadaları növbə çəkməyə başlayıblar. Çimərliklərdə həkimlərin iş vaxtı səhər saat 9-dan başlayır axşam saat 20:30-a qədər davam edir. Bilgəh, Şıx 2, Zaqulba, Buzovna, Novxanı, Pirşağı, Nardaran-1 və Nardaran-2, Novxanı, Türkan, Qobustan, Sahil, Mərdəkan, Lökbatan çimərliklərində xilasetmə məntəqələri var və çimməyə də icazə verilir.
Mənbə: Milli.Az
6 iyun 2014
GO BACK