Azərbaycanda qulaq-burun-boğaz sahəsi üzrə ən çox rast gəlinən xəstəliklər açıqlanıb. Lent.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu Nazim Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, bu sahə üzrə ən çox müraciətlər yuxarı tənəffüs yollarının xəstəlikləri ilə bağlıdır. Uşaqlarda ən çox boğazda tanzilitlər, adenoritli xəstəliklər,böyüklərdə isə allergik, boyunətrafı ciplərin xəstəlikləri daha çox müşahidə edilir.N. Hüseynov qeyd edib ki, 20-30 il əvvəllə müqayisədə ölkədə qulaq xəstəlikləri ilə bağlı müraciətlərin sayı azalıb: “Buna mövcud sahədə ciddi profilaktika tədbirlərin aparılması nəticəsində nail olunub. Xəstəliklərin cavanlaşması daha çox onkoloji sahədə müşahidə edilir. Ancaq ümumi otorinolarinqologiya sahəsində bunu demək çətindir. Çünki müxtəlif dövrlərdə xəstəliklər qeydə alınır”.N.Hüseynov qeyd edib ki, otorinolarinqologiya sahəsi üzrə endoskopik cərrahiyyə əməliyyatının köməkliyi ilə burun və burunətrafı ciplərin, qulaqda eşitmənin bərpası aparılır. Bundan əlavə, qırtlaqda olan xəstəliklər-səsin bərpası, bədxassəli və ya şişə bənzər xəstəliklərə qarşı olan hər bir əməliyyat həyata keçirilir.Baş otorinolarinqoloq əlavə edib ki, bu sahə son 10 il ərzində digər cərrahiyyə sahələri ilə müqayisədə ən çox inkişaf etmiş sahədir.
Mənbə: Lent.Az