Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu özünün Facebook səhifəsində (https://www.facebook.com/Elmfondu) sualları cavablandıracaq.Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 9-da vətəndaşlar Fondun fəaliyyət istiqamətləri, fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən qrant müsabiqələri, gənc alimlərə dəstək, xaricdə elmi təcrübəkeçmələrin maliyyələşdirilməsi, Fondun gələcək planları və s. bağlı suallarını ünvanlaya bilərlər.Suallar operativ şəkildə, qısa və dolğun şərhlər vasitəsilə cavablandırılacaqdır.Fond bu layihəni müntəzəm olaraq həyata keçirəcək və vaxtaşırı onlayn şəkildə vətəndaşların suallarını cavablandıracaqdır.
Mənbə: Milli.Az