Son ölkə çempionu "Qarabağ" transfer fəaliyyətini davam etdirir. Artıq bir hücumçunu heyətinə qatan Ağdam klubu yarımmüdafiə və müdafiə xəttini də gücləndirmək fikrindədir.Milli.Az gol.az-a istinadən xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl bəzi futbolçularla danışıqlar aparıldığını deyib. O əlavə edib ki, komandaya yerli futbolçu da cəlb oluna bilər: "Yeni transferlər etmək istəyirik. Ancaq bunun alınıb-alınmayacağını deyə bilmərəm. Bəzi oyunçularla danışıqlar gedir. Müzakirələr müsbət nəticələnsə, müqavilə imzalanacaq".Klub rəsmisi konkret olaraq hansı mövqeyə oyunçu almaq istədiklərini açıqlamayıb. Ancaq komandanın baş məşqçi Qurban Qurbanov bir müddət avvəl müsahibəsində hər mövqeyə bir futbolçu transfer etmək fikirində olduqlarını deyib. Buna görə də "Qarabağ"ın orta və müdafiə xəttini gücləndirməyə çalışdığını demək olar.Ə.Çəlikəl yeni transfer Danilo Diasın transfer vərəqəsinin gecikməsinə də aydınlıq gətirib: "Transfer vərəqəsinin alınması bir qədər uzun çəkən prosesdir. Yəqin ki, Çempionlar Liqasının ilk oyununa qədər bu məsələ həllini tapacaq".
Mənbə: Milli.Az