Qadin.NET / Azərbaycanda əmək haqları artacaq

Azərbaycanda əmək haqları artacaq

Pensiya artımı hər zaman ölkə başçısının diqqətində olub. Ölkədə ilbəil pensiyalar artır, bu addım cari ildə də davam edəcək.Milli.Az-ın məlumatına görə, bunu Salam news-a Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib.O bildirib ki, pensiyalarla yanaşı, orta aylıq əməkhaqqının da yüksəldilməsi planlaşdırılır:“Ölkədə hər il pensiyalar 10 faiz artır. Bu il də analoji artım davam edəcək. Pensiya artımına uyğun olaraq bazarlarda da qiymətlər 2-3 faiz artacaq. Ən azından, pensiya və maaşlar yaşayış minimumuna bərabər olmalıdır”.Komitə sədri deyib ki, pensiyaların kart sistemi ilə verilməsi bir çox əngəllərə, məmur özbaşınalığı kimi problemlərə də son qoyub.

Mənbə: Milli.Az

6 iyun 2014
GO BACK