Azərbaycanda yay mövsümünün başlanması ilə əlaqədar olaraq meşələrin mühafizəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi Departamenti gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə açıqlamasında departamentin sektor müdiri Sadiq Salmanovməlumat verib.Onun sözlərinə görə, meşələrin yanğından mühafizəsi üçün sutkalıq növbətçilik sisteminə keçirilib, operativ qruplar yaradılıb, gündəlik reydlər keçirilir. Bundan başqa, bu istiqamətdə əhali ilə maarifləndirmə işi aparılır.S.Salmanov bildirib ki, ümumiyyətlə, son illər aparılan sistemli işlərin nəticəsidir ki, meşələrdə yanğının başvermə halları azalıb. Əgər 2000-ci ildə Azərbaycanda 1500 hektar meşə ərazisində yanğın baş vermişdisə, ötən il cəmi 3,5 hektarda (iki yanğın hadisəsi) yanğın qeydə alınıb: "Yanğın əsasən taxıl yığımından sonra bələdiyyə torpaqlarında kol-kosun yandırılması zamanı baş verir. Həmçinin insanların ehtiyatsız davranmasından bu cür hadisələr qeydə alınır".Onun bildirdiyinə görə, insanlar piknik vaxtı oddan istifadə edərkən ehtiyatlı davranırlar. Demək olar ki, istirahət zamanı yanğın hadisəsi qeydə alınmır. Əsasən çobanlar yaylaqda olarkən ehtiyatsız davrandıqlarına görə yanğın qeydə alınır.
Mənbə: Milli.Az