Qadin.NET / İstilər qayıdır

İstilər qayıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənTrend-ə bildiriblər ki, iyunun 7-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək.Gecə və axşam bəzi yerlərdə duman olacaq. Hava əsasən yağmursuz olacaq, cənub küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında iyunun 7-də havanın temperaturu 16-21, gündüz 28-33, bəzi yerlərdə isə 35 dərəcə isti olacaq.Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

6 iyun 2014
GO BACK