Ən nüfuzlu analitiklərdən biri Meri Miker internet və İT sahəsində qlobal tendensiyalar haqqında öz illik hesabatını çıxarıb. Hesabat Code texnoloji konfransı çərçivəsində təqdim edilib.Hazırda planşet bazarının sürətli artım tempi ən əsas trenddir. 2014-cü ildə planşetlərin sayı 52% artıb. Bu cihazlar satış həcminə görə artıq noutbuk və masaüstü kompüterləri geridə qoyub. Artıq dünyada satılmış planşetlərin sayı 439 milyona çatıb, eyni zamanda masaüstü FK və noutbuklarda bu göstərici müvafiq olaraq 743 və 789 milyon təşkil edir.
Satılmış smartfonların sayının 1.6 milyardı ötməsinə baxmayaraq, Miker ikinci mühüm trend kimi smartfon sahibləri auditoriyasının kəskin artım tempini qeyd edib. Bu rəqəmlər insanların internetdən necə istifadə etməyə üstünlük verdiyindən xəbər verir: artıq Asiya və Afrika ölkələrində məhz mobil qurğular vasitəsilə saytlara daxil olunur.
Qeyd etmək lazımdır ki, Çin, Hindistan, Braziliya və İndoneziyada smartfon satışlarının artım tempi başqa bazarlar üzrə göstəriciləri xeyli ötür. Bundan başqa, məhz bu ölkələrdə internet auditoriyasının yüksək artım tempi saxlanılır.Ümumdünya tendensiyalarına gəlincə, Miker internetin nüfuzetməsinin artım tempinin xeyli zəifləyəcəyini qeyd edir, internetin auditoriyası ildə 10%-ə yaxın artır. Mobil əməliyyat sistemləri bazarındakı vəziyyət də xeyli maraq doğurur, burada sözsüz lider bazarın 80%-nə nəzarət edən Android mobil əməliyyat sistemidir. iOS platformasının bazar payı 20%-dən aşağıdır.Mikerin hesabatına əsasən, artıq mobil platformalar üstünlüyü ələ keçirəcək. Belə ki, məsələn, planşet istifadəçiləri televizorda deyil, internetdə video izləməyə üstünlük verirlər.
Messencerlərin bumunu qeyd etməmək olmaz. WhatsApp, Line, Viber, Snapchat, KakaoTalk messencerlərinin ümumi auditoriyası 1 milyarddan çox istifadəçi təşkil edir. Artıq Facebookda mesajlaşma əvvəlki tək aktual deyil.
Mənbə: Milli.Az