Intel şirkəti fərdi kompüterləri naqillərdən tamamilə xilas edəcək texnologiyalar üzərində işləyir. Bu haqda Computex sərgisində korporasiyanın vitse-prezidenti Kirk Skauqen deyib. O əmindir ki, sözügedən kompüterlər artıq 2016-cı ildə bazarda satılacaq.Milli.Az İCTnews-a istinadən bildirir ki, PCWorld portalı yazır ki, korporasiya WiGig texnologiyasının tətbiqinə ümid edir, belə ki, kabelsiz ekrana videosiqnal ötürmək, həmçinin kompüteri maus və klaviatura kimi periferiya qurğuları ilə əlaqələndirmək mümkün olacaq.
Yeganə maneə qurğunun enerji ilə doldurulmasıdır.Hazırda şirkət noutbuk üçün simsiz enerjidoldurma qurğusu üzərində işləyir. Skauqen öz çıxışı zamanı 20 Vatt gücündə sözügedən qurğu prototipini nümayiş etdirib. İrlandiyanın Dell şirkəti də müvafiq həll üzərində işləyir.
Mənbə: Milli.Az