Qadin.NET / Attestat ala bilməyən məzunların nəzərinə!

Attestat ala bilməyən məzunların nəzərinə!

Eksternat yolu ilə imtahan verəcək məzunların və əvvəlki illərdə illik qiymətləri üzrə ən azı bir fənndən "2" alan şagirdlərin məlumatlarının “şagird-məzun” sisteminə daxil edilməsi üçün müəyyən edilən vaxt başa çatmaq üzrədir. Həmin şagirdlər iyun ayının 10-a kimi təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bu tarix həm də təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən verilən qiymətlərin sistemə daxil edilməsi üçün son müddətdir.Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, məlumatları “Şagird-məzun” sisteminə daxil edilən eksternat yolu ilə imtahan verəcək məzunlar və əvvəlki illərdə illik qiymətlərində "2" olan şagirdlər imtahana buraxılış vərəqini istifadəçi adı və şifrəni bu sistemə daxil etməklə əldə edə bilər. Bu il Şimal regionunda 19 nəfər 9-cu sinif şagirdi buraxılış imtahanına buraxlmayıb. TQDK-nın Xaçmaz Regional bölməsinindən bu şagirdlərin sonrakı taleyinin necə olacağı məsələsinə də aydınlıq gətirib.

Bu regionunun məktəblərində rus bölməsi üzrə təhsil alan şagirdlər üçün iyun ayın 8-də buraxılış imtahanı keçiriləcək.
Mənbə: Milli.Az
5 iyun 2014
GO BACK