Sosial şəbəkələrdə, xüsusilə də Twitter və İnstagram-da son dəblərdən biri də gənc anaların övladlarını əmizdirərkən çəkdikləri fotoları paylaşmalarıdır.Milli.Az AHT-yə istinadən bildirir ki, bu anaların dediklərinə görə, onların məqsədi ictimai yerlərdə uşaq əmizdirməklə bağlı tabuların yıxılması, bu "sehirli anın ölümsüzləşdirilməsi"dir.Today.com bildirir ki, ABŞ-ın Atlanta şəhərində yaşayan 27 yaşlı fotoqraf Hizer Qudbred (Heather Goodbreed) uşağını əmizdirərkən çəkdiyi fotolarını Twitter-də yayandan sonra belə fotoşəkillər trendə çevrilib və yüzlərlə ana da uşaqlarını əmizdirərkən fotolarını çəkərək yaymağa başlayıblar.
Mənbə: Milli.Az