Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.Milli.Az bildirir ki, bu barədə Lent.Az-a Nazirlər Kabinetindən məlumat verilib.Qərar Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat və Sənaye və Səhiyyə nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin razılaşdırılmış təkliflərinə əsasən verilib.Qərarla, sıravi və rəis heyəti üçün bundan sonra ciyər paşteti və qatılaşdırılmış şəkərli süd veriləcək.
Mənbə: Milli.Az