Qadin.NET / İsmayıllıda fövqəladə hal

İsmayıllıda fövqəladə hal

 

İsmayıllıda fövqəladə hal

İsmayıllı rayonunda güclü torpaq sürüşməsi baş verib. Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər üzrə müavin Rövşən Ağayevin ANS PRESS-ə verdiyi məlumata görə, sürüşmə Zərnava kəndinə gedən yolda qeydə alınıb. Yolun təxminən 12 km-də torpaq dağılıb. Sürüşmənin eni isə 500 metrə çatır.“Torpaq sürüşməsi nəticəsində rayonun Zərnava kəndilə əlaqə tamam kəsilib. Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının əməkdaşları müşahidə aparırır. Kəndlə əlaqə yaratmaq üçün alternativ yolun çəkilməsi planlaşdırılır. Yolda işlər bu gün tamamlanacaq”, - deyə Rövşən Ağayev bildirib.Onun sözlərinə görə, torpaq sürüşməsinə mayın 28-də və 29-da İsmayıllı rayonun Zərnava kəndinə yağan leysan yağışlar və dolu səbəb olub. Hadisə nəticəsində bir ailənin evi dağılıb.“Yol evlərdən 500 metr aralıda dağılıb. Ona görə də, sakinlərdən zərər görən olmayıb. Yalnız bir ailənin evi dağılıb. Həmin ailəni qohumlarının evinə yerləşdirmişik. Hazırda onların yaşayış yeri ilə təmin olunması barədə məsələ müzakirə olunur”, - deyə Rövşən Ağayev vurğulayıb.

 

Mənbə: ANS PRESS

5 iyun 2014
GO BACK