Bakı-Gürcüstan-Türkiyə marşrutu üçün 30 ədəd sərnişin vaqonunun alınması nəzərdən keçirilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib. "Bu marşrutun açılışı 2015-ci il üçün nəzərdə tutulur. İlkin olaraq bu istiqamətdə iki qatar hərəkət edəcək. Sonradan isə lokomotiv də qoşulacaq. Həmin marşrutun açılması istiqamətində hazırlıq işləri görülür. 4 ədəd elektrik yarımstansiyası tikilib. Digər enerji obyektlərinin tikintisi davam etdirilir. Bakı-Tbilisi-İstanbul qatarının sürəti saatda 120-140 km olacaq", - o əlavə edib.
Mənbə: Milli.Az