Qadin.NET / Bakının ən uzun tuneli açılmaq üzrədir

Bakının ən uzun tuneli açılmaq üzrədir

Bakının Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində inşa olunan yol qovşağı iyun-iyul aylarında istifadəyə veriləcək. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, kompleks yan ötmə xətləri ilə yanaşı, bir yol ötürücüsündən və üç tuneldən ibarətdir. "Tunellərdə artıq havalandırma və yanğından mühafizə sistemləri, məlumat tabloları quraşdırılıb. Videomüşahidə qurğularının quraşdılması da nəzərdə tutulur. Yaxın 1-2 gün ərzində tunellərdən birində asfaltlanma işləri görüləcək", - o əlavə edib. Qeyd edək ki, birinci tunelin uzunluğu 890 metr, eni 22 metrdir. İkinci tunelin uzunluğu isə 832 metr, eni 10,5 metrdir. 

Mənbə: Milli.Az

5 iyun 2014
GO BACK