Qadin.NET / Bakıda cənub küləyi əsəcək, rayonlara yağacaq

Bakıda cənub küləyi əsəcək, rayonlara yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənTrend-ə bildiriblər ki, iyunun 6-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.Bakı və Abşeron yarımadasında iyunun 6-da havanın temperaturu 16-21, gündüz 27-32 dərəcə isti olacaq.Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.Aran rayonlarında gecə 16-21, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

5 iyun 2014
GO BACK