Qadin.NET / 3 UNO düşdü

3 UNO düşdü

Çinin şimal-şərqindəki Heylunszyan vilayətinin sakinləri təşvişə düşüblər. Onların dediklərinə görə, səmadan 3 naməlum uçan obyekt (UNO) düşüb.Milli.Az China News Service-ə istinadən bildirir ki, şahidlərin dediklərinə görə, əvvəlcə bərk uğultu eşidilib, sonra da səmadan 3 naməlum obyekt düşüb.

İlk obyekt Yan mahalında yerli sakinin bostanına düşüb."Uğultu və bərk səs eşitdim. Səmaya baxanda gördüm ki, göydən yumru əşya düşür. O əşya dəmirdəndi, alışıb yanırdı. Bunun meteorit olduğunu düşündüm və tez qaçıb evdə gizləndim", - bostanına naməlum obyekt düşmüş kəndli deyib.OpenMinds.TV bildirir ki, bostana düşən obyektin çəkisi 90 kiloqramdır.Daha sonra Yan mahalı ilə qonşu Bayszyuan mahalına 2 naməlum obyekt düşüb.
Şahidlərin dediklərinə görə, onlar gümüşü-boz metaldan olan alovlu, alışıb-yanan kürələrdi.Kəndlilər bu əşyaların UNO olduqların desələr də, ekspertlər düşən obyektlərin raket qırıntıları olduğunu vurğulayırlar.
Mənbə: Milli.Az
5 iyun 2014
GO BACK