Milli.Az modern..Az-a istinadən xəbər verir ki, "Global Stats" statistik mərkəzinin hesablamalarına görə, Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı son bir ayda 2,3 faiz artıb."Global Stats"ın məlumatına əsasən, Azərbaycanda Facebook sosial şəbəkəsinin payına sosial media bazarının 73,67%-i düşür. Beləliklə, son bir ayda sosial şəbəkənin istifadəçilərinin sayı 2,3%, ilin əvvəlinə nisbətən 11,7%, ötən ilin müvafiq dövrünə nisbətən isə 6,8% artıb.İstifadəçi marağına görə, ikinci yeri 10,87% bazar payı ilə Twitter sosial şəbəkəsi tutub. Onun bazar payı son bir ayda 5,4% artıb.Üçüncü yerdə 4,52% bazar payı ilə YouTube sosial şəbəkəsi yerləşib. “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1,37% təşkil edir. Hazırda “Odnoklassniki” sosial şəbəkəsi öz yerini “Pinterest” sosial şəbəkəsinə verib və sonuncunun bazar payı son bir ildə 72,9% artıb.
Mənbə: Milli.Az