"Forbes" jurnalı gələn ilin ən çox ümidverən maşınlarının siyahısını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahı maşın həvəskarlarının seçimi sayəsində olub. Siyahıya əsasən gələn ilin ən çox gözlənilən maşını pikap "Ford F150"dir. yüngül korpusu sayəsində maşının çəkisi 317 kq daha azdır. Bu da yanacaqda nqənaət etməyə imkan verir. 2,7 litrlik altı silindirli mühərriki olan "Ford F150 - V6 EcoBoost" standart 8 silindirli ilə eyni gücə malik olacaq. "Ford"un rəqibi yeni "Chevrolet Colorado 2015"dir. Bu modellə "Chevrolet" orta pikap seqmentinə geri qayıdır. Avtodillerlərin gözlədikləri yeni uğurlu modellər arasında "Cadillac Escalade", "Chevrolet Tahoe/Suburban" və "GMC Yukon/XL2" də var. "Ford Mustang"da gələn il yenilənmiş versiyada istehsal ediləcək. Yeni modelin mühərriki 3 variantdan seçiləcək. Onlardan biri yenidir - qənaətçil 4 silindirli "EcoBoost" 309 at gücündədir. Premyum-klass avtomobillərindən 2013-ci ildə yeni kompakt sedan "Audi A3" və "Kia K900" ən bahalı modellərdən biridir."Hyundai Genesis" də yenilənmiş dizayn ilə təəcübləndirməlidir. Sedan "Acura TLX" eyni zamanda iki modelini yeniləyəcək. Bunlar TL və TSX-dir.
Mənbə: ANS PRESS