Qadin.NET / Dünya nəhəngləri Rusiyasız toplandılar

Dünya nəhəngləri Rusiyasız toplandılar

İyunun 4-də Brüsseldə G7 ölkələrinin görüşü başlayıb.APA-nın “Gazeta.ua” saytına istinadən verdiyi xəbərə görə, dünyanın aparıcı ölkələrinin liderləri iki gün ərzində ən mühüm məsələləri müzakirə edəcəklər. Sammitin əsas mövzusu Ukraynadakı vəziyyət və Avropa Birliyi-Rusiya münasibətləri olacaq.Məlum olduğu kimi, tədbiri Soçidə keçirmək planlaşdırılmışdı. Lakin Krımı ilhaq etdikdən sonra Rusiya aparıcı beynəlxalq klubda üzvlüyünü itirmək məcburiyyətində qalıb və G8 formatı əvvəlki G7 ilə əvəzlənib. 

Mənbə: Milli.Az

5 iyun 2014
GO BACK