Qadin.NET / Vaqif Səmədoğlu 75 yaşa keçdi

Vaqif Səmədoğlu 75 yaşa keçdi

Bu gün Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun anadan olduğu gündür.Vəkilov Vaqif Səməd oğlu, şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairidir (1999).Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (2000, 2005).Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. "Humay" mükafatı laureatıdır (1998).Milli.Az görkəmli şairimizi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayır.

Mənbə: Milli.Az

5 iyun 2014
GO BACK