Qadin.NET / Türkiyədə YouTube qadağası ləğv olundu

Türkiyədə YouTube qadağası ləğv olundu

 


Türkiyə hökuməti ölkə daxilində YouTube videohostinqinə çıxışa qoyulan qadağanı ləğv edib. Reuters agentliyinin məlumatına görə, müvafiq qərar Türkiyə Rabitə və Telekommunikasiya İdarəsi (TIB) tərəfindən qəbul olunub.Türkiyədə YouTube və Twitter servislərinə çıxış qadağası martda qoyulub. Mikrobloqlar servisi bəzi şərhləri silməkdən imtina edərək məhkəmənin qərarına əməl etməyib və nəticədə servisə çıxış 21 saat bağlanıb. YouTubeun bağlanmasına səbəb martın 27-də Türkiyənin güc strukturlarının yüksəkvəzifəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazının yerləşdirilməsi olub. Görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.

Mənbə: Milli.Az

 

5 iyun 2014
GO BACK